Çərşənbə , İyul 16 2025
azfa

Mühəqqiq Ərdəbili Universitetində Pişəvərinin fotoları yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Ərdəbil şəhərinin Mühəqqiq Ərdəbili Universitetində 1945-ci il Cənubi Azərbaycanda Milli Hökumətin qurucusu Seyid Cəfər Pişəvərinin foto və posterləri yayılıb.

Azərbaycanlı öyrəncilər universitet binası və divarlarına yapışdırılan fotoların altında Pişəvərinin 1945-ci ildə dediyi “Azərbaycan bütün İranla bir yerdə Hindistan kimi İngiltərə əsiri olmaqdansa, İrlandiya kimi azad olmağa üstünlük verir” ifadəsi yazılıb.

Bundan sonra universitetə mülki geyimli təhlükəsizlik məmurlarının gəldiyi, posterləri yığışdırdıqdan sonra bir neçə nəfəri dindirdikləri bildirilir.

Qeyd edək ki, Pəhləvi rejimi 1946-cı ildə Güney Azərbaycanı yenidən işağl edərək, burada Azərbaycan türklərinə qarşı soyqırım törədib.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab …

“Traxtur” klubu özbək futboolçunu qəbul edir

GADTB Güney Azərbaycanın “Traxtur” Klubu Özbəkistan millisinin yarımmüdafiəçisi Odil Həmrabekovu komandaya cəlb etmək istəyir. Özbəkistan …