Cümə axşamı , Oktyabr 15 2026
azfa

Mühacir kürdlər Güney Azərbaycanda Novruz mitinqi keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, məqsədli şəkildə davamlı olaraq Güney azərbaycana köçürülən kürdlər Güney Azərbaycanda Novruz mitinqi keçirəcək.

Həmin mühacir kürdlər bir neçə şəhərdə yaz bayramı, “Novruz şənliyi” adı altında mitinq keçirəcəklər.

Molla rejimi də məqsədli şəkildə kürdlərə Azərbaycan şəhərləri və kəndlərində “bayram mitinqi”nin keçirilməsi üçün icazə də verib.

Güney azərbaycanın Makı şəhərində ilk çərşənbə münasibəti ilə də mərasim keçirilib.

Başqa bölgələrdən, xüsusən kürdüstan əyalətindən Makıya gətirilən şəxslərin iştirak etdiyi mərasimdə kürd atributları nümayiş etdiilib, Azərbaycan şəhəri kürd bölgəsi kimi təqdim olunub.

Türk mədəniyyət xadimləri və vətəndaşlar oxşar mərasimlərin keçirilməsi ilə bağlı və icazə almaq üçün əlaqədar dövlət qurumlarına müraciət etsələr də, hələlik cavab ala bilməyiblər.

Hətta mühacir kürdlər Güney azərbaycanın Araz kənarı Zakirli kəndində də Novruz şənliyi keçirməyə icazə alıblar. Halbuki, Zakirli kəndi tamamilə Azərbaycanlılardan ibarət kənddir və molla rejimi sırf təxribat məqsədilə bunlara icazə verir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …