Çərşənbə , Noyabr 11 2026
azfa

PKK terror təşkilatı atəşkəs elan edib

GADTB: PKK terror təşkilatı atəşkəs elan edib. Bu barəd Türkiyə mediasında məlumat yayılıb.

Qeyd olunub ki, PKK lideri Abdullah Öcalanın “silahı burax və qruplaşmanı ləğv et” çağırışından sonra terror təşkilatının İcraiyyə Komitəsi açıqlama yayıb. Açıqlamda bildirilib ki, “Biz çağırışın məzmunu ilə olduğu kimi razıyıq və öz cəbhəmizdən çağırışın tələblərinə əməl edəcəyimizi və həyata keçirəcəyimizi bildiririk. Bu gündən qüvvəyə minən atəşkəs elan edirik”.

PKK terror təşkilatı açıqlamasında həmçinin təşkilatın ləğvi üçün qurultay çağırmağa hazır olduqlarını bildirib.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …