
GADTB: İsrailin Baş naziri Binyamin Netanyahu İran İslam Respublikasının nüvə proqramı üzrə alimlərinə və obyektlərinə qarşı həyata keçirilən hücumlara toxunaraq bildirib ki, bu hakimiyyət mövcud olduğu müddətdə nüvə proqramını bərpa etməyə, İsraili yenidən məhv etməyə cəhd göstərməyə, habelə “Hizbullah” və HƏMAS-ın terrorçu qüvvələrini yenidən qurmağa çalışacaq. O vurğulayıb ki, bütün bu imkanları tamamilə aradan qaldırmaq üçün İran İslam Respublikası hakimiyyətini devirmək lazımdır.
Netanyahu deyib: “Biz onlara zərbələr endirdik — həm alimlərinə, həm də nüvə proqramlarına aid obyektlərinə.
İndi bu, fanatik və radikal bir rejimdir. Hakimiyyətdə qaldığı müddətdə özünü möhkəmləndirməyə, nüvə proqramını bərpa etməyə, bizi yenidən məhv etməyə və ‘Hizbullah’la HƏMAS-ı yenidən qurmağa çalışacaq.
Bütün bu sistemi məhv etmək üçün bu hakimiyyəti devirməliyik”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi