“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat yayıb.

Qəzetin yazdığına görə, İran İslam Respublikasının yüksək vəzifəli dörd rəsmisi onun ayaqlarından birinin üç dəfə əməliyyat olunduğunu və hazırda protez ayaq gözlədiyini bildirib. Mənbələrin sözlərinə görə, onun üz və dodaq nahiyəsində ciddi yanıq izləri var və bu səbəbdən danışmaqda çətinlik çəkir, gələcəkdə isə bərpaedici əməliyyata ehtiyac duyacaq.

Məlumatda həmçinin qeyd olunur ki, onun əllərindən biri də əməliyyat olunub və funksiyalarının bərpası prosesi davam edir.

Mənbələr bildiriblər ki, Müctəba Xamenei indiyədək video və ya audio müraciət yaymayıb. Bunun səbəbi kimi isə ilk ictimai çıxışında zəif və ya həssas görünmək istəməməsi göstərilir.

“New York Times” əlavə edib ki, ağır xəsarətlərə baxmayaraq, o, zehni baxımdan ayıqdır və proseslərdə iştirakını davam etdirir.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …