Çərşənbə , İyul 15 2026
azfa

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan sonra Rusiya mallarının və avadanlıqlarının bir hissəsini Xəzər dənizi vasitəsilə İrana daşımağa başlayıb və bu marşrut müharibə dövründə Tehranla Moskva arasında əsas əməkdaşlıq xəttinə çevrilib.

Qəzet ABŞ rəsmilərinə istinadən yazır ki, Rusiya son müharibədə dron arsenalının təxminən 60 faizini itirdikdən sonra hücum imkanlarını bərpa etmək üçün Xəzər dənizi üzərindən İrana pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri göndərir.

İran rəsmiləri isə bildiriblər ki, alternativ ticarət yollarının genişləndirilməsi prosesi sürətlə davam edir və Xəzər dənizi sahilində yerləşən dörd İran limanı buğda, qarğıdalı, heyvan yemi, günəbaxan yağı və digər əsas məhsulları gecə-gündüz qəbul edir. /Azad İran

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …