Çərşənbə axşamı , Yanvar 26 2021
azfa

“Nyus İndia” Pakistanın Türkiyəyə nüvə silahı vermək istədiyini iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hindistanın “Nyus İndia” qəzeti iddia edib ki, Türkiyə və Pakistan Ankaraya raket-nüvə texnologiyalarının verilməsi haqqında danışıqlar aparır.

Məlumatda nüvə mövzusunun dekabrın sonunda Ankarada Türkiyə-Pakistan ali səviyyəli hərbi dialoq qrupunun iclasında müzakirə edildiyi bildirilib. Türkiyə nümayəndə heyətinə danışıqlarda Baş Qərargah rəisinin müavini general Səlcuq Bayraqdaroğlunun, Pakistan tərəfinə isə müdafiə məsələləri üzrə dövlət katibi general Mian Məhəmməd Hilan Hüseynin rəhbərlik etdiyi vurğulanıb.

Bununla bərabər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Pakistan Quru Qoşunlarının Baş Qərargah rəisi Kamar Cavad Bacvdan nüvə silahı istehsalı və hazırlığı texnologiyalarını Ankara ilə bölüşmələrini şəxsən xahiş etdiyi bildirilib. Ankaranın bu istəyinə Pakistanın hərbi rəhbərliyi razılıq verib.

Qəzet, həmçinin guya Pakistan alimlərinin hazırda Türkiyəyə raket istehsalının gücünün artırılması ilə bağlı yardım etdiyini yazıb.

Həmçinin yoxlayın

Türkiyəyə sərmayə axın başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin noyabrında …

İranın Çinə gizli şəkildə qanunsuz neft daşıyan 2 tankeri ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İndoneziya İran neftinin Çinə qanunsuz olaraq məxfi şəkildə …