Şənbə , Dekabr 2 2023
azfa

OPEC hasilatı azaltmağa razılaşdı –Kartel ölkələri Rusiyadan cavab gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vyanada keçirilən OPEC görüşündə neftin hasilatını azaltmaq barədə ilkin razılaşma əldə olunub. Amma ixtisarın həcmi barədə qərar qəbul olunmayıb.

Kartel üzvləri təşkilata daxil olmayan Rusiya kimi iri neft ixracatçılarının reaksiyasını gözləyirlər.

Oktyabr ayından bəri neft bazarlarında təqribən 30 faizlik ucuzlaşma müşahidə olunur.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump neft qiymətlərinin aşağı səviyyədə qalması üçün OPEC ölkələrini hasilatı ixtisar etməməyə səsləyib. Səudiyyənin energetika naziri yekun qərarın cümə günü gözləndiyini deyib.

 

Həmçinin yoxlayın

İrqçi fars-molla rejimi türk adına görə daha bir azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə daha bir …

Molla rejimin ETTELAAT məmurları azərbaycanlı fəalın evində axtarış aparıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ETTELAAT İdarəsinin məmurları Təbrizdə yaşayan …

Bir cavab yazın