Çərşənbə , Avqust 12 2026
azfa

Özbəkistan da Türk Şurasının növbəti iclasına qatılacaq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Özbəkistan Respublikası rəsmi olaraq Türk Şurasının dövlət başçılarının Bişkekdə nəzərdə tutulan növbəti Sammitinə qatılacaq.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Daşkənddə keçirdikləri birgə mətbuat konfransında məlumat verib. Prezident Şavkat Mirziyoyev bildirib ki, bu məsələ ətrafında türkiyəli həmkarı ilə geniş müzakirələr aparıb və əhəmiyyətli qərar qəbul olunub. Özbəkistanın dövlət bayrağı Türk Şurasına üzv ölkələrin dövlət bayraqları ilə yan-yana dalğalanacaq.

Qeyd edək ki, Türk Şurasına üzv ölkələrin dövlət başçılarının VI Sammitinin bu ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi nəzərdə tutulub.

Həmçinin yoxlayın

ABŞ senatoru; İran rejiminin Hörmüz boğazı yaxınlığındakı qalıq hərbi imkanları məhv edilməlidir

GADTB: ABŞ Senatının respublikaçı üzvü, senator Tom Koton İran rejiminin rəhbərləri ilə məqbul bir razılaşmanın …

Mossadın keçmiş rəhbəri: Fordo nüvə obyektinə bir neçə dəfə baş çəkmişəm

GADTB: Mossadın keçmiş rəhbəri Yossi Kohen İranın Fordo nüvə obyektinə keçmişdə bir neçə dəfə baş …

Bir cavab yazın