
GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam sivilizasiyasına” aid olması barədə materiallar yaymasına reaksiya olaraq, İranın Daşkənddəki səfiri Məhəmmədəli İskəndərini nazirliyə çağırıb və Tehrana etiraz notası təqdim edib.
Özbəkistan Xarici İşlər Nazirliyi bu materialları Səmərqəndin tarixi və mədəni irsinin siyasi məqsədlərlə birtərəfli şərhi kimi qiymətləndirərək, İrandan yayımlanmış məzmunun silinməsini tələb edib.
Bu reaksiya İranın Ermənistandakı və Zimbabvedəki səfirliklərinin sosial media hesablarında ABŞ dövlət katibi Marko Rubionun Səmərqəndə səfəri zamanı çəkilmiş videonu paylaşmasından sonra baş verib. Həmin paylaşımlarda şəhərin tarixi abidələri “İran-islam sivilizasiyasının” səciyyəvi xüsusiyyətləri kimi təqdim olunub.
Özbəkistan vurğulayıb ki, diplomatik nümayəndəliklər tarixi və mədəni məsələləri siyasi mövzuya çevirməməlidirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi