Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin dil kimliyinin nəzərə alınmaması ilə bağlı tənqidlərə səbəb olub.

Yayılan məlumatlara görə, Təbrizin Kula-Fərəngi malikanəsində keçirilən proqramda fars dili “ana dili” kimi təqdim edilib.

Əsas sual budur: Dövlət televiziyası hansı məntiqlə Təbrizin mərkəzində bu şəhərin uşaqlarının ana dilini nəzərə almır və onun yerinə başqa bir dili təqdim edir?

Bu yanaşma, xüsusilə yeni tədris ilinin başlanması ərəfəsində daha böyük həssaslıq doğurur. Çünki İranın müxtəlif bölgələrində yaşayan azərbaycanlı və türk uşaqları ana dilində təhsil almaq hüququndan məhrum vəziyyətdədir və rəsmi təhsilə ana dillərindən fərqli bir dildə başlamağa məcbur edilirlər.

https://t.me/GADTB1/59245

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …