Çərşənbə axşamı , Sentyabr 15 2026
azfa

Pakistan: Səudiyyə Ərəbistanına və ticarət gəmilərinə qarşı təhdidlərə dözməyəcəyik

GADTB: Pakistan Xarici İşlər Nazirliyi yaydığı bəyanatda husi silahlılarının Səudiyyə Ərəbistanına və Qırmızı dənizdə ticarət gəmilərinə qarşı davam edən təhdidlərini qətiyyətlə pisləyib.

Bəyanatda vurğulanıb ki, bu cür addımlar regional təhlükəsizliyi, gəmiçilik azadlığını və beynəlxalq hüquqa əsaslanan dəniz nizamını təhlükə altına qoyur, həmçinin qlobal ticarəti poza bilər.

İslamabad həmçinin bildirib ki, Pakistan bayrağı altında üzən gəmilərə və ya ölkənin dəniz maraqlarına qarşı istənilən düşmənçilik hərəkəti Pakistanın milli təhlükəsizliyinə təhdid hesab olunacaq. Ölkə BMT Nizamnaməsinə uyğun olaraq öz maraqlarını qorumaq üçün bütün zəruri tədbirlərdən, o cümlədən özünümüdafiə hüququndan istifadə etmək hüququnu özündə saxlayır.

Pakistan Xarici İşlər Nazirliyi bəyanatının davamında Səudiyyə Ərəbistanının təhlükəsizliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edib, bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və gəmiçiliyin təhlükəsizliyini təmin etməyə çağırıb.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası Babül-Məndəb boğazında terrorçu husilərin yaratdığı təhlükəni müzakirə edəcək

GADTB: BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı Yəməndəki son vəziyyəti və strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazındakı …

Dubayda Azərbaycan Traxtur  komandası ilə Şabab Əl-Əhli oyununda milli şüarlar səsləndirilib – Video

GADTB: Traxturun azarkeşləri sevimli komandalarını harada olmasından asılı olmayaraq tək buraxmırlar. Təbrizdən sərhədlərdən kənara qədər …