Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: İran Hörmüz boğazında hər hansı gəmiyə hücum etsə, bir körpü və ya elektrik stansiyası vurulacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp çərşənbə günü, 31 tir tarixində bəyan edib ki, İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə hücum edəcəyi təqdirdə, ABŞ buna cavab olaraq bir körpünü və ya elektrik stansiyasını bombalayacaq.

Donald Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb:

“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı gəmiyə raket, mərmi, pilotsuz uçuş aparatı və ya istənilən başqa vasitə və silahla hücum edərsə, ABŞ bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək.”

O əlavə edib ki, bu xəbərdarlıq Tehranın daxilində və ya paytaxtın yaxınlığında yerləşən körpü və elektrik stansiyalarına da şamil olunur.

ABŞ Prezidenti bundan əvvəl, 24 tir tarixində də bildirmişdi ki, əgər Tehran razılaşmanı qəbul etməsə, növbəti həftə İranın elektrik stansiyalarına və körpülərinə qarşı hücumlar genişləndiriləcək.

Elektrik stansiyaları və körpülər kimi infrastruktur obyektlərinə hücum hədəsi Donald Tramp tərəfindən atəşkəs anlaşması imzalanmazdan əvvəl də səsləndirilmişdi.

Tramp 10 fərvərdin tarixində də xəbərdarlıq etmişdi ki, əgər İran müharibənin başa çatdırılması üçün razılığa gəlməsə, Xarq adasının neft obyektləri və İranın elektrik stansiyaları məhv ediləcək.

ABŞ ilə İran arasında yeni qarşıdurmaların on ikinci gününə təsadüf edən hazırkı mərhələdə ABŞ qüvvələri, xüsusilə İranın cənub bölgələrində yerləşən bir sıra körpüləri hədəfə alıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …