Parçində nüvə təsisatında partlayışdan sonra Nətənz nüvə təsisatında qəza baş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın şərqində yerləşən Parçinin nüvə təsisatında güclü partlayışdan bir həftə sonra irqçi fars rejimin Nətənz nüvə təsisatında qəza baş verib.

İrqçi fars rejimin Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bu barədə açıqlama verərək, deyib ki, qəza bu gün səhər Nətənzin anbarlarından birində qeydə alınıb: “Hadisə tikilməkdə olan anbarlardan birində baş verib, anbara ziyan dəyib”.

B. Kəmalvəndi iddia edib ki, qəza zamanı ölən və yaralanan olmayıb, nüvə çirklənməsi ilə bağlı heç bir narahatlıq yoxdur.

O qeyd edib ki, hazırda rejimin Atom Enerji Təşkilatının ekspertləri hadisə yerindədir və qəzanın baş vermə səbəbi araşdırılır.

Qeyd edək ki, bu hadisələr irqçi fars rejimin nüvə təsisatlarında ciddi-cəhdlə qanunsuz fəaliyyətindən xəbər verir. Rejim bu fəaliyyətlərlə əlaqədar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin monitorinq qrupuna da son illərdə bu təsisatlara baxış keçirməyə icazə vermir.

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …

Bir cavab yazın