Şənbə , Oktyabr 24 2026
azfa

Paris Sülh Konfransında qəbul edilən Şimali Azərbaycanın xəritəsi və sərhədləri – Şəkil

GADTB: 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan Cümhuriyyəti öz rəsmi xəritəsini təqdim edib. Bu xəritədə Cümhuriyyət elan ediləndə sərhədlər böyük dövlətlərlə yanaşı, qonşu Gürcüstan və Ermənistanla da rəsmi şəkildə müəyyənləşib.

Kult.az xəbər verir ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Cümhuriyyət elan edildikdən sonra Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin göstərildiyi xəritənin şəkilini paylaşıb. Alim bildirib ki, bu xəritə 1919-cu ildə Azərbaycan Cümhuriyyəti tərəfindən Paris Sülh Konfransında təqdim edilib və hər üç ölkə tərəfindən qəbul edilib.

Xəritədən görünür ki, Ermənistan Paris Sülh Konfransında qəbul edilən xəritəni dəyişdirmək üçün Göyçə gölünün şərq sahillərini, Göyçə mahalını, Dərələyəz, Meğri, Qafan, Zəngəzur ərazilərini Sovet Rusiyasının dəstəyi ilə ələ keçirir və 1923-cü ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail olur.

“Gürcüstan da ikitərəfli müqaviləni pozaraq, Azərbaycanın 1919-cu il Paris Sülh Konfransında təqdim etdiyi rəsmi xəritədə Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddia irəli sürüb, lakin istəyinə çatmayıb. Buna baxmayaraq, Sovetlər dönəmində sərhəd bölgələrdə birgə istifadə üçün razılaşdırılmış icarə torpaqlarını geri qaytarmayıb”, – alim qeyd edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın