Şənbə , Sentyabr 7 2024
azfa

Paşinyan erməniləri səfərbərliyə çağıran andan Ermənistana terrorçuların daşınması artıb- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağda çoxlu şəxsi heyət itkisini dolayı yolla etiraf etməsi və bütün erməniləri Qarabağda savaşa səsləməsindən sonra erməni aviaşirkətlərinin fəaliyyəti aktivləşdirilib.

Ermənistan Mülki Aviasiya Komitəsi artıq erməni aviaşirkətlərinin Qarabağa guya humanitar yardım gətirilməsi məsələsinə qoşulduğunu bildirib. Bu işdə “Armenia”, “Atlantis European Airveys”, “Atlantis Armenian Airveys”, “Armenia Airveys” aviaşirkətlərinin iştirak etdiyi vurğulanıb.

Ermənistan şirkətlərinin təyyarələrlə məhz humanitar yardım gətirməsiylə bağlı müəyyən şübhələr yaranıb. Belə ki, bundan öncə Ermənistanın humanitar yardım adı altında ölkəyə silah və döyüşçü gətirdiyi ilə bağlı faktlar ortaya çıxıb.

Maraqlı məqam budur ki, aviaşirkətlərin indiki aktivliyi Paşinyanın ölkəyə bütün erməniləri səsləməsindən sonra qeydə alınıb. Bu isə aviaşirkətlərin humanitar yardım yerinə xarici ölkələrdən erməniləri və digər millətlərdən olan muzdlular və terrorçuları gətirəcəyi məlum olub.

Həmçinin yoxlayın

Ukrayna Irana Rusiyaya raketlər verməsi barədə xəbərdarlıq etdi

GADTB: Rəsmi Tehrana xəbərdarlıq edirik ki, İranın ballistik raketləri Rusiya Federasiyasına ötürməsi faktı təsdiqlənərsə, bu, …

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …

Bir cavab yazın