GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Madrid prinsiplərindən sonra Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
O qeyd edib ki, Madrid prinsiplərindən əvvəl vəziyyət fərqli idi. Paşinyan bu prinsiplərin qəbul edilməsinə görə keçmiş hakimiyyəti günahlandırıb.
Paşinyan deyib ki, Madrid prinsiplərinə görə Qarabağın “statusu” Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir.
“Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi Ermənistan olub”, – Baş nazir qeyd edib.