Cümə axşamı , Oktyabr 1 2026
azfa

Pezeşkian Urmiya gölü və türk dilində təhsillə bağlı verdlərini yerinə yetirməyib

GADTB: İran prezidenti Məsud Pezeşkian Urmiya gölü və türk dilində təhsillə bağlı verdlərini yerinə yetirməyib.

Urmiya gölünün quruması barədə xəbərlərin yayılmasından sonra Güney azərbaycanlı sosial media istifadçiləri İran Prezidenti Məsud Pezeşkiana suallar ünvanlayıblar.

Azərbaycanllar Məsud Pezeşkianın vədinə əməl etməməsi və Urmiya gölünün bərpa edilməsi üçün əməli addımların atılmamasının səbəblərini soruşublar.

“Şəhrvəndi Təbriz” kanalı bu barədə yazıb: “Belə görünür ki, Məsud Pezeşkian iki tərəfli qılıncdır, Urmiya gölünün bərpa edilməməsi və tamamilə quruması isə Pezeşkian qılıncının kəskin tərəfinin hələlik Azərbaycana yönəldiyinə dəlalət edir”.

Bununla yanaşı Məsud Pezeşkianın Azərbaycan türkcəsi və mədəniyyəti ilə bağlı verdiyi vədlərin də yerinə yetirlməsi üçün heç bir iş görülmədiyinə diqqət çəkilib.

Mərkəzi əyalətlərdən fərqli olaraq Azərbaycan və başqa qeyri-fars əyalətlərə dövlət büdcəsindən az pay ayrılması kimi ayrı-seçkilik siyasətinin də davam etdiyi qeyd olunub: “İndi özünüz deyin, Pezeşkian prezidentlik dövründə Azərbaycan üçün nə edib?! Qılıncın kəskin tərəfi düşmənlərə, yoxsa özümüzə çevrilib..?!”.

Qeyd edək ki, Pezeşian Urmiya gölünün bərpasına söz versə də, onun dövründə göl tamamilə qurudu.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Yusif Sələhşur elektron qandalla məzuniyyətə buraxılıb

GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün …

Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib

GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv …