Cümə axşamı , Oktyabr 29 2026
azfa

İsrailin 12 günlük müharibədən əvvəl Xameneyini öldürməyi planlaşdırdığı bildirilir

GADTB: İsrail 12 günlük müharibədən əvvəl Xameneyini öldürməyi planlaşdırıb.

Bu barədə İsrailin Kanal 13 telekanalının məlumat yayıb.

Məlumata görə, iyunun 12-də Qüds yaxınlığındakı sığınacaqlardan birində təhlükəsizlik kabinetinin gizli iclası keçirilib. İclasda ali dini lideri Əli Xameneyinin öldürülməsi, İslam Respublikasında sabitliyin pozulması və Tehran sakinlərinin şəhəri tərk etməyə məcbur edilməsi ehtimalları müzakirə olunub.

Xəbərdə bildirilir ki, bu görüş 12 günlük müharibə başlamazdan əvvəl İsrail hökuməti və hərbi rəsmilərinin iştirakı ilə keçirilib. Baş nazir Benyamin Netanyahu iclasda “Tarixi bir andayıq. Əgər tədbir görməsək, İran on minlərlə kiloqram nüvə partlayıcısı əldə edəcək və mövcudluğumuz təhlükə altına düşəcək” deyə bəyan edib.

Netanyahu, habelə, hücumların əsas hədəflərinin İranın nüvə alimləri və hökumətin komandanlıq mərkəzləri olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …