Bazar , Oktyabr 18 2026
azfa

PKK-nın terror aktına cavab olaraq Türkiyə ordusu yeni hərbi əməliyyata hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu İraqda PKK terrorçularının hədəflərinə ağır zərbələr endirib.

Dünən Türkiyənin Milli Müdafiə Nazirliyində daxili işlər və xarici işlər nazirləri, MİT rəhbəri və Baş Qərargah rəisinin iştirakı ilə görüş keçirilib.

Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb. TRT-nin mənbələri deyir ki, görüşdə ümumi təhlükəsizlik qiymətləndirməsi və məsləhətləşmələr aparılıb.

Mənbələr Türkiyə ordusunun hava əməliyyatı ilə yanaşı qurudan da əməliyyat keçirə biləcəyini istisna etməyib. Terrorçuların hədəflərinin məhv edilməsi üçün hansı addımın atılacağının müəyyən edilməsində bir çox faktorun təsirli olduğu bildirilib. Qeyd olunur ki, tək hədəf Türkiyə və millət üçün təhlükə yaradan terror təşkilatlarını məhv etməkdir.

Qeyd edək ki, bu neçə gün öncə Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin binasına 2 terrorçu hücum edib. Terrorçulardan biri binanın girişində özünü partladıb, digəri zərərsizləşdirilib. Hücum zamanı 2 polis yaralanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …