Şənbə , Noyabr 14 2026
azfa

Təbrizdə Azərbaycana dəstək məqsədilə posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəalı Təbrizdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Qarabağ üzərində Azərbaycanın suverenliyinin bərpasına dəstək məqsədilə posterlər çap edərək Təbrizin müxtəlif ərazilərində paylayıblar.

Azərbaycanlı fəalların çap edib yaydığı posterlərdə aşağıdakı şüarlar yazılıb:

“Zəngəzur Azərbaycandır, Təbrizdən Azərbaycana salamlar”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara”, “Qarabağ zəfəri ədalətin zəfəridir!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”.

Qeyd edək ki, azərbaycanlı fəallar Azərbaycana dəstək məqsədilə həmçinin Azərbaycanın bayrağını Təbrizdə dalğalandırıblar.

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …