Cümə , Aprel 26 2024
azfa

Pompeonun Çindəki uyğurlarla bağlı mövqeyi fəallarda nikbinlik yaradır

GADTB-nin Mətbuat Mərkəzinin “Amerikanın səsi”nə istinadən yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyanat yayandan sonra uyğur fəallar və ekspertlər ABŞ-ın Çin və digər ölkələrdə uyğurların acınacaqlı vəziyyətinə dair mövqeyi ilə bağlı nikbinliyini ifadə edib.

ABŞ Dövlət Departamentinin çərşənbə axşamı yaydığı bəyanatda Pompeo deyib ki, ABŞ hələ də uyğur müsəlman fəalların və Sincan düşərgələrindən çıxan insanların ailə üzvlərinin Çin höküməti tərəfindən təqib olunması, həbs edilməsi və saxlanılmasına dair xəbərlərdən “dərin narahatlıq” hissi duyur.

Pompeonun bəyanatında qeyd etdiyi ABŞ-da qərargahlanan fəal Ferkat Cavdur Amerikanın Səsinə bildirib ki, ABŞ hökümətinin bu cür bəyanatları uyğurlara tək olmadıqlarına dair ümid verir.

“Hazırkı ABŞ administrasiyasının bu düşərgələri bağlayıb, uyğurların Çində, ABŞ-da və bütün dünyada azadlıqlarını bərpa etmək üçün səy göstərdiyini görmək çox gözəldir”, o deyib.

Düşərgələr

Çin höküməti son bir neçə il ərzində Çinin şimal-qərbində yerləşən Şərqi Türküstanda bəzi düşərgələr salıb və onların terror və radikallığa qarşı mübarizə aparmaq və yeni bacarıqlar öyrətmək məqsədi daşıyan “peşə təlim mərkəzləri” olduğunu iddia edir.

Şərqi Türküstanda (Sincanda) 13 milyona yaxın uyğur və digər türkdilli müsəlman azlıqların yaşadığı güman edilir. Çin höküməti uyğurların həbsinə görə beynəlxalq ictimaiyyətin artan tənqidləri ilə üzləşir.

Pompeo bəyanatda bildirib ki, bəzi hallarda Çin hökümətinin uyğur müsəlmanlarına qarşı zorakılıqları Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri ilə Sincandan olan uyğur fəallar arasında görüşlərdən sonraya təsadüf edib.

Çinin reaksiyası

Çin rəsmiləri uyğurlara qarşı pis rəftarı inkar edir və düşərgədəki insanları ora könüllü getdiklərini iddia edir.

“Mən qeyd etmək istəyirəm ki, Sincanda təcrid düşərgələri yoxdur”, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq çərşənbə günü mətbuat konfransı zamanı bildirib.

Anası 2017-ci ildən bəri düşərgədə olan Cavdur deyib ki, “ABŞ-ın bizim tərəfimizdə olması” insanları Çinin uyğur xalqına qarşı insan haqları pozuntuları ilə bağlı maarifləndirməyə yardım edəcək.

 “Katib Pompeonun bəyanatı bizi Çin hökümətinin Çin və xaricdə yaşayan uyğurlara qarşı törətdikləri dəhşətli cinayətlərə qarşı mübarizəmizdə tək olmadığımıza inandırır”, o, Amerikanın Səsinə telefonla verdiyi müsahibədə bildirib.

Cavdur Çin hökümətinin bu yaxınlarda ona hədə-qorxu gəlmək cəhdindən bəhs edib: “Çinin dövlət təhlükəsizlik agentləri məni Wechat sosial media hesabında əlavə edib, mənə dünyanın super qüdrətinə qarşı çıxdığımı və mənimlə Çinin vəhşicə rəftarı ilə üzləşən anamın asanlıqla əziləcəyini söylədilər”.

O əlavə edib ki, Çinin agentləri onu onlarla “əməkdaşlıq etməyə” çağırıb, müqabilində isə onun anası və digər qohumlarını düşərgədən azad etməyə yardım edəcəklərini deyib.

“Mən onların təklifini rədd edəndən sonra onlar mənim əmim və bibimi yenidən təhsil düşərgələrindən həbsxanaya köçürdülər”, Cavdur deyib.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın