Bazar , Dekabr 22 2024
azfa

Putinin İrana qarşı “təhlükəli” planı”

GADTB: “İranı geosiyasi cəhətdən “boğmaq” üçün Putin yaşıl işıq yandırıb? Rusiya Zəngəzur dəhlizi ilə bağlı siyasətini qəfil dəyişib”.

İranın “Arsheh Online” saytı “Putinin İrana qarşı təhlükəli planı” başlıqlı qərəzli yazı dərc edib. Məqalədə avqustun 19-da Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü şərh edilib.

Sayt yazıb ki, Putinin səfəri hərtərəfli sazişlər paketinin imzalanması ilə müşayiət olunub ki, bu da iki tərəf arasında tərəfdaşlıqda mühüm addım sayılır, o cümlədən 2024-cü ildən 2026-cı ilədək ikitərəfli əməkdaşlığı möhkəmləndirmək üçün fəaliyyət planının imzalanmasına gətirib çıxarıb.

“Ancaq bu səfərin diqqət çəkən ən əsas aspektlərindən biri Cənubi Qafqaz və Zəngəzur dəhlizinin geosiyasi nəticələridir. Ekspertlərə görə, Putinin səfəri Rusiyanın Cənubi Qafqazda zəifləmiş mövqeyini bərpa etmək üçün həyata keçirilib”, – deyə, qeyd olunub.

Bildirilib ki, Putinin Azərbaycana səfəri Zəngəzur dəhlizi ətrafında davam edən gərginlik və İranın həyati maraqları və “geosiyasi üstünlüyü” ilə birbaşa əlaqəli olan Bakı-Tehran-Moskva üçtərəfli sazişinin tam şəkildə həyata keçirilməsi məsələsini qabardıb.

Saytda qeyd edilib ki, Zəngəzur dəhlizi məsələsi İran üçün çox önəmlidir. İran beynəlxalq sərhədlərin dəyişdirilməsini və öz maraqlarının təhrif edilməsini qırmızı xətt hesab edir…/ Azad İran

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …