Cümə axşamı , May 14 2026
azfa

Mikayıl Oyta: “Bu seçkilər qonşu dövlətlərə Azərbaycan modelinin effektivliyini göstərir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik:

– Sentyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərin həm ölkə, həm də regional siyasət üçün əhəmiyyəti nədən ibarətdir?

– Bu seçkilər Azərbaycanın daxili və xarici siyasətində yeni mərhələyə keçidinin elementlərindəndir. Milli Məclisə seçkilər, xüsusilə Azərbaycanın Cənubi Qafqaz regionunda artan nüfuzunu və siyasi sabitliyini təmin etməsi baxımından önəmlidir. Bu seçkilər ölkənin regiondakı liderliyini möhkəmləndirməklə yanaşı, qonşu dövlətlərə Azərbaycan modelinin effektivliyini göstərir.

Ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının milli qürurunun yüksəlməsinə, siyasi müstəqilliyinin daha da güclənməsinə və ölkənin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə səbəb olub. Bu, Azərbaycan üçün tarixi bir məqamdır və bu seçkilər tam suverenliyini bərpa etmiş bir dövlətin demokratik inkişafı üçün mühüm addımdır.

– Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı üçün bu seçkilərin vacibliyi barədə nə deyə bilərsiniz?

– Yeni seçilmiş parlamentin qərarları ölkənin siyasi stabilliyini qorumaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin edəcək. Azərbaycanın şaxələnmiş  iqtisadi inkişafa əsaslanan strateji planlarını bu seçkilərlə daha da möhkəmləndirə bilər. Çünki, sabit və demokratik  ölkə imici  xarici investisiyalar üçün daha cəlbedicidir. Azərbaycan uzun yol qət edərək, seçki təcrübəsi qazanıb və demokratik ənənələrini möhkəmləndirib. Hər yeni seçki ölkənin seçki sisteminin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və xalqın iradəsinin daha dəqiq əks etdirilməsi üçün imkanların yaradılmasına səbəb olur. Demokratiyanın inkişafı üçün vacib olan şəffaf və ədalətli seçki prosesləri Azərbaycanın gələcək uğurları üçün əsasdır. Sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin Azərbaycanın seçki sistemini daha da təkmilləşdirəcək, demokratik dəyərlərə sadiqliyini beynəlxalq aləmdə nümayiş etdirəcək.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

ABŞ enerji naziri: İran rejimi silah səviyyəli urana çox yaxınlaşıb və bir neçə həftə ərzində buna çata bilər

GADTB: ABŞ enerji naziri Kris Rayt açıqlamasında bildirib ki, İran İslam Respublikası silah səviyyəsində zənginləşdirilmiş …