Bazar ertəsi , Yanvar 24 2022
azfa

Qərb Türkiyənin gücü və əhəmiyyətinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son zamanlar ABŞ, NATO, Avropa Birliyi və hətta türk düşmanı Fransa Türkiyənin gücü və əhəmiyyətinə etiraf etdi.

Avropa Komissiyasının Avropa Birliyi (AB) liderləri üçün hazırladığı hesabatda bildirilib ki, Türkiyə ilə iqtisadi münasibətlərin və Gömrük İttifaqı müqaviləsinin əhatə dairəsi genişləndirilməlidir.

 “Türkiyə AB-nin xarici siyasi qərarlarına qarşı çıxmasına baxmayaraq, vacib tərəfdaş olmağa davam edir. Ankara ilə Gömrük İttifaqı müqaviləsinin əhatə dairəsi daha da genişləndirilməli, iqtisadi əlaqələr də artırılmalıdır”, – məlumatda qeyd edilib.

Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı “France 5” telekanalına müsahibəsində söyləyib: “Fransa Türkiyəni təhlükəsizlik və miqrasiya sahəsində Avropanın əhəmiyyətli  ortağı hesab edir və Türkiyə rəhbərliyindən münasibətləri normallaşdırmaq siqnallarını görür”.

Makron bildirib ki, Avropa Birliyi sülh istəsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır: “Bunun üçün uzun müddət Rusiya və Türkiyə ilə dialoq qurulmalıdır, hər iki ölkə böyük güclərdir və bu çox vacibdir. Türkiyənin Avropa dairəsindən çıxmasına imkan verməmək lazımdır”.

Fransa lideri Türkiyənin NATO müttəfiqi olduğunu, ancaq ittifaqdakı yeri məsələsinə aydınlıq gətirməyin lazım olduğunu deyib. Qeyd edib ki, ümumiyyətlə, müttəfiqlər Türkiyənin qarşılıqlı münasibətlərdə etdiklərindən çoxuna icazə vermirlər. O, eyni zamanda, Ankaraya qarşı həddən artıq sərt mövqe tutmamaq barədə xəbərdarlıq edib.

Makron miqrasiya böhranının həllində də Türkiyənin əvəzsiz rolunu vurğulayıb: “Onların 3 milyona yaxın qaçqını var. Miqrasiya məsələsində Türkiyə ilə əməkdaşlıq etməliyik, əks halda müzakirələri dayandırsaq, bu üç milyon qaçqın Avropaya töküləcək”.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …