Cümə axşamı , Mart 13 2025
azfa
Qaynar xəbər

Qərbi Azərbaycan İcmasından Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə etiraz

GADTB: Qərbi Azərbaycan İcması Belçikanın azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə bəyanatla etiraz edib:

Belçika Krallığında yeddi aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevral ayının 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdur. Sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır.

 “Koalisiya sazişində “dağlıq qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Bu, Belçika hökuməti tərəfindən Qərbi azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkilikdir.

Belçika siyasi partiyalarının, ölkələrinə aidiyyəti olmayan bu kimi məsələləri sazişə daxil etmək və ayrı-seçkilik və beynəlxalq hüquqa zidd yanaşma sərgiləmək əvəzinə Belçikanın xroniki böhran içərisində olan siyasi sistemi ilə məşğul olmaları daha düzgün olardı.

Biz Belçikanın yeni qurulmuş hökumətini azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyə son verməyə, bölgədə sülhə mane olan addımlardan çəkinməyə və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırırıq”, – bəyanatda qeyd olunub.

Həmçinin yoxlayın

Təbrizdə tibb işçiləri etiraza qalxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Təbrizdə bir qrup tibb işçisi Nisfirah …

Türk Dövlətləri Təşkilatının bayrağının yenilənməsi ilə bağlı mərasim keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətləri Təşkilatının yenilənən bayrağına keçidlə bağlı rəsmi …