Qərbi Azərbaycan vilayətində iqtisadi tənəzzül və işsizlik hökm sürür

GADTB-nin Mətbuat Mərkəzinin “Uromnews” saytına istinadən yaydığı məlumata görə, Urmiya Universitetinin İqtisad fakültəsinin Elmi Şurasının üzvü Yusif Məhəmmədzadə Qərbi Azərbaycan vilayətinin yüksək iqtisadi potensiala malik olmasına baxmayaraq, burada iqtisadi tənəzzül və işsizliyin hökm sürdüyünü bildirib.

Y.Məhəmmədzadə qeyd edib ki, vilayətin geri qalmasının əsas səbəbi sənaye bölməsinin burada inkişaf etdirilməməsidir. Bu da təhlükəsizlik məsələlərinə görə investorların burada sərmayə yatırmaq istəməməsi ilə bağlıdır. O vilayətin şəhər məntəqələrində işsizliyin 4 faiz olduğunu qeyd edib.

Y.Məhəmmədzadə Qərbi Azərbaycan vilayətinin Türkiyə, İraq və Azərbaycan Respublikasının tranzit yollarının üzərində yerləşməsini bu vilayət üçün böyük üstünlük hesab edərək, bildirir ki, təəssüflə bu imkandan düzgün istifadə edilməmişdir.

Qeyd edək ki, İran rejimi Qərbi Azərbaycan vilayətində heç bir zavod və farik tikməmişdir. Yalnız bölgənin əlverişli iqtisadi şəraitinə görə, burada kənd təsərrüfatı nisbətən inkişaf etmişdir. Lakin bu da İran rejiminin ayrı-seçkilik siyasəti üzündən məhv edilməkdədir. Belə ki, bu vilayətlə yanaşı digər Azərbaycan vilayətlərində də kənd təsərrüfatı məhsullarının ixrac və emal imkanı məhdudlaşdırılıb. Nəticədə əkinçilər məhsullarını yol kənarlarına tökməyə məcbur olublar.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …