Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İran Bəhreyndə neft kəmərini partlatdığı təkzib edib

GADTB-nin Mətbuat Mərkəzinin İran adlanan ölkənin mətbuatına istinadən yaydığı məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Bəhreynin İranın bu ölkənin neft kəmərini partlatdığına dair ittihamını rədd edərək, bildirib ki,  Bəhreynin rəsmi şəxsləri istənilən hadisədən sonra günahı İranın üzərinə yıxmaq istəyirlər.

Bəhram Qasimi Bəhreynin ittihamını absurd sayaraq deyib ki, “uşaq ittihamı oyunları”nın zamanı başa çatdıb: “İran həmişə deyib ki, İranın təhlükəsizliyi və sabitliyi bütün qonşu ölkələrin təhlükəsizliyi və sabitliyindən asılıdır”.

Qeyd edək ki, noyabrın 10-da axşam saatlarında Səudiyyə Ərəbistanı və Bəhreyn arasındakı neft kəmərində yanğın baş vermişdi. Bəhreynin Hamad şəhərində neft kəmərində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdü. Bəhreyn Daxili İşlər Nazirliyi yanğının təxribat nəticəsində baş verdiyini açıqlamışdı. Bəhreyn Xarici İşlər Nazirliyi Xaled bin Əhməd əl-Xəlifə İranı təxribat törətməkdə günahlandırmışdı.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …