Cümə , Sentyabr 18 2026
azfa

Qərbi azərbaycanlıların yurdlarına qayıdışı Azərbaycan dövlətinin, Ordusunun daha da güclənməsinə bağlıdır

GASDTB: Bu gün artıq heç kəs şübhə etmir ki, tarixi ədalət mütləq öz yerini tapacaq və Qərbi azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov deyib.

Deputat bildirib ki, 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını xüsusilə dəstəkləyir: “Çünki nəinki 200 illik tarixi təcrübə, nəinki son 30 ilin və 44 günlük müharibədən sonrakı son 4 ilin dərsləri, hətta Ermənistan rəhbərliyinin son aylardakı və son günlərdəki bütün hərəkətləri sübut edir ki, onlar toplum və dövlət olaraq region ölkələrinə qarşı ərazi iddialarından heç vaxt əl çəkməyiblər və əl çəkən də deyillər. Sülh sazişi ilə bağlı danışıqlar isə onlara silahlanmaqdan və növbəti müharibəyə hazırlaşmaqdan ötrü vaxt qazanmaq üçün lazımdır. Ona görə də Qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı da məhz Azərbaycan dövlətinin və Azərbaycan ordusunun daha da güclənməsinə bağlıdır. Yəni ermənilərin başı üstündə həmişə dəmir yumruq olmalıdır. Bunu onların antropologiyası, baş quruluşlarının braxikefal, yəni yastıbaş olması da təsdiq edir”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …