Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı blogger cütlüyə qarşı İran hökumətinin təzyiqləri artıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanlnmış azərbaycanlı blogger Rza Purcəfər və nişanlısı Sima Əsədi bir müddətdir ki, mədəni və etik assimilyasiyaya qarşı satirik paylaşımlar etdiklərinə görə molla rejimin qüvvələri tərəfindən hədələnirlər.

Bildirilib ki, ötən il Rza Purcəfər mədəni fəaliyyətlərinə görə bir il həbs cəzasına məhkum edilib.

Məlumata görə, davam edən təzyiqlər nəticəsində Sima Əsədinin 200 mindən çox izləyicisi olan sosial media hesabı bağlanıb. Azərbaycanlı müxbir Ogeday Ocaqlının sözlərinə görə, Purcəfərin ailəsi də dövlət qurumları ilə yanaşı, naməlum şəxslər tərəfindən daim hədələnir və hüquq müdafiəçiləri bu repressiv addımları pisləyiblər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …