Cümə axşamı , Oktyabr 15 2026
azfa

Qaşqay elxani ailəsinin üzvləri Qaşqay elinin Rza Pəhləvini dəstəkləməsi iddialarını təkzib etdi

GADTB: Qaşqay elxani ailəsinin üzvləri rəsmi mövqe açıqlayaraq Qaşqay elinin Rza Pəhləvini dəstəklədiyi barədə iddiaları təkzib edib və bunu tarixin təhrif edilməsi kimi qiymətləndiriblər.

Sosial mediada Qaşqay elinin Rza Pəhləvini dəstəklədiyinə dair yayılan məlumatlardan sonra elxani ailəsinin tanınmış üzvlərindən Şirin Bahadiri Qaşqayi bu iddianı rədd edib. O vurğulayıb ki, Qaşqay türk elinin həyatını itirən övladları Səttarxan, Bağırxan, Sövlətüd-Dövlə Qaşqayi kimi şəxsiyyətlərin, həmçinin Əmir Kəbir və Müsəddiq kimi tarixi fiqurların yolunu davam etdirən mübarizlər olub.

Açıqlamada qeyd edilib ki, Qaşqay elinin tarixi ad və nüfuzundan monarxiya tərəfdarı siyasi cərəyanların məqsədləri üçün istifadə olunması tarixin açıq təhrif edilməsi və bu elin istibdada qarşı mübarizəsinə hörmətsizlikdir.

Siyasi müşahidəçilər bu reaksiyanı qeyri-fars xalqlarının öz tarixi və mübarizə kimliyinin mərkəzçi siyasi cərəyanlar tərəfindən mənimsənilməsinə qarşı həssaslığının göstəricisi kimi qiymətləndirir. Onların fikrincə, bu cərəyanlar həm mövcud hakimiyyət daxilində, həm də bəzi fars mərkəzli müxalifət qüvvələrində qeyri-fars millətlərin tələblərinə oxşar yanaşma nümayiş etdirir.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …