ABŞ-nin İrana hücumu daha tez başlaya bilər

GADTB: “Axios” nəşri yazıb ki, Donald Trump administrasiyası İranla böyükmiqyaslı hərbi qarşıdurmaya əksər amerikalıların düşündüyündən daha yaxındır. Nəşrin məlumatına görə, mümkün hərbi əməliyyatlar yaxın müddətdə başlaya bilər.

Mənbələrin bildirdiyinə görə, ABŞ-nin İrana qarşı planlaşdırdığı əməliyyat lokal zərbə ilə məhdudlaşmaya bilər. Söhbət bir neçə həftə davam edə biləcək genişmiqyaslı hərbi kampaniyadan gedir. Bildirilir ki, bu ssenari ötən ay Venesuelada həyata keçirilən hədəfli əməliyyatlardan daha böyük və daha mürəkkəb olacaq.

“Axios”un məlumatında qeyd olunur ki, mümkün kampaniya ABŞ və İsrailin birgə hərbi fəaliyyəti formasında həyata keçirilə bilər. Bildirilib ki, belə bir əməliyyatın ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən daha geniş miqyaslı və İran hakimiyyəti üçün daha ciddi strateji nəticələr doğura biləcəyi ehtimal edilir.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …