GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qaşqay türkü olan tanınmış alpinist Hamid Qaşqayi fevralın 5-də girov qarşılığında zaminə buraxılıb.
Qaşqay dağçı Şirazın Drak yüksəkliyində “Azadlıq” sözünü yazdığına görə həbs edildiyi və barəsində saxta ittihamlarla cinayət işinin açıldığı bildirilir.
Qeyd edək ki, Hamid Qaşqai noyabrın 10-da Şiraz şəhərində rejimin məmurları tərəfindən həbs edilib. O, İran və beynəlxalq səviyyədə tanınan alpinist və qayayadırmanma üzrə məşqçilərdən biridir.