Qaşqay türkləri İran hökumətin təzyiq ilə vətənlərini tərk etməyə məcbur edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri öz dədə-baba yurdlarında köçəri evlərinin İran rejiminin zülmü nəticəsində dağıdılması və köçün qarşısının alınması səbəbindən tarixi torpaqlarını tərk etməyə məcbur qalıblar.

Təxminən 3 milyondan çox əhalisi olan və ən böyük türk toplumlarından sayılan Qaşqay türkləri son vaxtlar ənənəvi köçlərində ciddi maneələrlə üzləşiblər. Hökumət onları yeni həyat tərzlərini qəbul etməyə və çoxəsrlik mədəniyyətlərindən uzaqlaşmağa məcbur edib.

Onlar əsasən Fars, Kohgiluye və Buyer-Əhməd, İsfahan, Çaharmahal və Bəxtiyari və Buşehr vilayətlərinin yüksək dağlıq ərazilərində yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

İran hökuməti Qaşqay türklərini şəhərlərdə yerləşdirmək və onları dəyişdirmək cəhdlərini davam etdirir. Onların əksəriyyəti şəhərlərdə yaşasa da, əhalinin 10%-i hələ də köçəri mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …