Çərşənbə , Aprel 16 2025
azfa

Qaşqay türkləri etiraza qalxdılar; molla rejimin polisi vəhşicəsinə hücuma keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şirazda yaşayan qaşqaylar milli geyimlərinin hökumət qüvvələri tərəfindən müsadirə olunmasına öz etirazlarını bildiriblər.

Üçüncü dəfə olaraq Şirazda Fars vilayətinin valiliyi qarşısında, Qəşqayi Türkləri öz kimliklərini qorumaq üçün aksiya keçiriblər. Qəşqayi Türkləri milli geyimlərinin “ələ keçirilməsi və oğurlanması”na qarşı etiraz aksiyası keçiriblər. Etirazçılar, tarixi kimliklərinin qorunması üçün şüarlar səsləndirərək, bu hadisənin tarixə, adət-ənənələrə və qanuna zidd olduğunu bildiriblər.

Həmçinin, etirazçıların şüarlarında, Azərbaycanın Türklərinin Qəşqayi qardaşlarına dəstək olmalarını tələb ediblər. Onlar “Qaşqayi var olsun, Azərbaycan sağ olsun” və “Qaşqayi Türkmən ittihad ittihad (birləşin birləşin)” şüarları səsləndiriblər.

Şirazın polis rəisi Həbibi etiraz aksiyasında Qaşqay xanıma vəhşicəsinə hücuma keçib, lakin qaşqay gənclər ona layiqli cavab veriblər.

Video:

https://t.me/GADTB1/41024

Həmçinin yoxlayın

Molla rejimi yenidən Zəngəzur dəhlizinə qarşı olduğunu bildirir

GADTB: “İran diplomatiyası” saytı iddia edib ki, İranın xarici siyasəti əsasən ABŞ ilə həssas danışıqlara …

Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib

GADTB: Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib. Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Güney Azərbaycanın …