Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

ABŞ molla rejimin himayə etdiyi Yəmən husilərini bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.

Yəməndə husilərin nəzarətində olan onlarla hədəfə irimiqyaslı zərbələr endirilib.

Yəmənə endirilən zərbələr nəticəsində ən azı 13 nəfər ölüb. Çox sayda yaralıların olduğu söylənilir.

Yəmənin Səna şəhərində husilərin kəşfiyyat naziri Həsən Əbdulqadir Şərəfuddinin evi ABŞ tərəfindən bombalanıb. İrana bağlı husilərin kəşfiyyat naziri aviazərbələr nəticəsində öldürülüb.

ABŞ İrana da kəskin şəkildə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …

Güney Azərbaycan şəhərlərində benzin qıtlığı və böhranı

GADTB: Yerli sakinlərin məlumatlarına görə, hazırda Güney Azərbaycan üçün aylıq üç benzin limiti müəyyən edilib: …