Çərşənbə , Sentyabr 9 2026
azfa

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana qarşı əsassız çıxışlarına bir qrup Qaşqay türkü vərəqələr paylayaraq kəskin cavab verib.

Sərt xəbərdarlıq əks olunan fəalların yaydığı vərəqələrdə yazılıb: “Cəlal Rəşidi Kuçi! Azərbaycan türklərinə qarşı təhdid bizə, yəni Qaşqay türklərinə qarşı hədədir. Sizə xəbərdarlıq edirik ki, bu boş danışığınıza son qoyun! Səbrimizin də həddi var və əgər həddi aşsanız, peşmanlığın acı dadını dadacaqsınız. Yaşasın Azərbaycan, Yaşasın Qaşqayi!”

Qeyd edək ki, Kuçi bu yaxınlarda “X” hesabında sərsəm təklif irəli sürərək yazmışdı: “Sionist”lərin hər hansı ad altında İran ərazisinə hücumuna qətiyyətli və bənzər cavabın gecikdirilməsi, səbri və ləngiməsi İranın böyük adının nüfuz və şərəfinə vurulan ağır zərbəyə bərabərdir. Mənim təklifim odur ki, region ölkələrinin birində, yaxşı olar ki, Azərbaycanda “sionistlərin” diplomatik mərkəzlərindən birinə açıq-aşkar və birbaşa hücum edək”.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …