Bazar , Noyabr 15 2026
azfa

Tehranda azərbaycanlı vəkil həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Tehranda azərbaycanlı vəkil həbs edib.

Tehran şəhəri prokurorunun 10 il əvvəl etdiyi şikayətlə məhkəmə vəkili həbs edilib.

Onun Tehranın keçmiş prokuroru Səid Mürtəzəvinin 10 il əvvəl etdiyi şikayəti əsasında cəzalandırıldığı bildirilib.

Səid Mürtəzəvi vəzifədə olduğu müddətdə küllimiqdarda korrupsiya, işkəncə və digər cinayətlərdə ittiham olunaraq 2013-cü ildə həbs edilib və bir müddət sonra azad olunub.

Həmin ildə Mustafa Türk Həmədani, 2 digər həməkdaşı ilə birgə hüquqları pozulmuş bir sıra fəhlələrin tərəfindən ona qarşı şikayət etmişdir.

Qeyd edək ki, həmin dövr Mustafa Türk Həmədani Tehran Prokurorluğunun məhkumlara qarşı qəddar münasibəti ilə bağlı açıqlamalar vermişdi.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …