Çərşənbə , Aprel 24 2024
azfa

Qaşqay türklərinin gənc sənətçisi Əli Heydəri fars irqçiləri təəfindən öldürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Atamin” adı ilə tanınan Qaşqay türklərinin tanınmış sənətçilərindən olan Əli Heydəri Təvəllüli qətlə yetirilib.

Qaşqayların “Baydaq” saytının yaydığı məlumatda bildirilir ki, Əli Heydəri Təvəllüli fars olan masaları tayfasının üzvləri tərəfindən qətlə yetirilib.

Məlumata görə, Qaşqay türklərinin torpaq sahələrinin əllərindən alınması prosesi istiqamətində aprelin 29-da fars olan masaları tayfasından olan bir qrup şəxs Qaşqayların əsas şəhərlərindən olan Firuzabad şəhəri yaxınlığında Qaşqay türklərinə hücum edib, onları dəyənək və s. alətlərlə döyüblər.

Fars irqçilərinin hücumu nəticəsində Əli Heydəri Təvəllüli və atası Qafar Heydəri ağır yaralandıqdan sonra xəstəxanaya çatdırılıb. Lakin gənc sənətçi mayın 3-də Firuzabadda xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, son illər İran rejimi Qaşqay türkərini yaşadıqları bölgədən və torpaq sahələrindən zorla çıxarıb, onları didərgin etməyə çalışırlar. Əsasən, Köhkülüyə Boyirəhməd, Fars, İsfahan, Xuzistan və s. qaşqay ərazilərində, qaşqayların torpaq sahələri zorla və dövlətin himayəsi ilə əllərindən alınır.

Azərbaycan türklərinin yaşadığı ərazilərin cənub hissəsindən körfəzə qədər ərazidə yaşayan Qaşqay türkləri birbaşa Azərbaycanı körfəzə bağlayır. Həmin ərazidə təxminən 3-4 milyon Qaşqay türkü öz aba-baba torpaqlarında yaşayır.

Həmçinin yoxlayın

GADTB Mərkəzi Şurasının üzvü, dünya şöhrətli alim Xəlil bəy Kələntərin “İctimai TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Mərkəzi Şurasının …

İran mediası Azərbaycana qarşı təbliğatı davam etdirir

GADTB: Tinn.ir saytı “Müqəddəs Sarkis kilsəsindən Zəngəzur dəhlizinə fərqli və şok edici etiraz” adlı  qərəzli …