Cümə , Aprel 26 2024
azfa

İranın himayəsi ilə kürd terrorçuları Azərbaycan idmanına soxulub iğtişaş törədir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin himayəsi ilə kürd terrorçuları Güney Azərbaycan şəhərlərində Azərbaycan idmanına nüfuz etməkdədirlər.

Bu istiqamətdə Güney Azərbaycan idmanına nüfuz edən kürd terrorçuları mayın 3-də Güney Azərbaycanın Xoy şəhərində keçirilən futzal üzrə Ramazan kuboku oyunlarında ixtişaş törədiblər.

İran rejimi və terrorçu Sepah-ının himayəsi ilə “Milan” komandasını almış narkotik qaçaqmalçısı Rza Milan adlı kürd vasitəsilə rejim mühacir kürdləri Azərbaycan idmanına daxil etdirib. Rejim Zindəşti kimi bu şəxsdən də çirkli pulların yuyulması, narkotik qaçaqmalçılığı və s. məsələlərdə istifadə edir.

Azərbaycan idmanına nüfuz etmiş həmin kürdün təşkilatçılığı ilə başqa bölgələrdən Xoy şəhərinə tərəfdar kimi gətirilən terrorçu kürdlər yarış zamanı meydançaya toplaşaraq oyunun davam etdirilməsinə mane olmaq istəyiblər.

Terrorçu kürdlər xüsusilə “Şeyx Nəvayi” komandasının “Milan” komandasına vurduğu qoldan sonra ixtişaş törədiblər.

Terrorçu kürdlər kürd terror təşkilatlarının bayrağını qaldırmaqla vəhşicəsində stadionun çəmənini dağıdıb, ağaclara və stadiona xəsarət yetiriblər. Nəticədə yarış yarımçıq dayandırılıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …