Qeyri-fars millətlər məktəbə qəbulda fars dili testinə Twitter fırtınası ilə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən iyunun 23-də yerli vaxtla saat 21:00-da qeyri-fars millətlərin fəalları irqçi fars rejimin məktəbə qəbulda fars dili testinə Twitter fırtınası ilə etiraz etdilər.

Fəallar bir neçə saat ərzində 3200-dən çox Twit paylaşaraq irqçi fars rejimin irqçi qərarına öz etirazlarını bildiriblər.

Fəallar hashtag-ları ilə Twitter fırtınasında irqçi fars rejimin Təhsil Nazirliyinin irqçi yanaşmasına kəskin etiraz edilməklə yanaşı ana dilində təhsil tələbi irəli sürüblər.

Hashtag-lardan məqsəd rejimin bu irqçi addımına etirazla yanaşı qeyri-fars millətlərin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq olub.

Qeyd edək ki, irqçi fars rejim yeni təhsil ilindən qeyri-fars millətlərin, o cümlədən Azərbaycan türklərinin uşaqlarını fars dili yetərliliyi testi keçirməklə məktəbə qəbul edir. Fars dilini sərbəst bilməyən uşaqlar isə irqçi yanaşma ilə zəka geriliyi olan uşaqlara məxsus məktəblərə göndərilir.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …

Bir cavab yazın