Çərşənbə , Aprel 24 2024
azfa

Qıpçağavəng monastırı

GADTB: Qıpçağavəng kilsə və monastr kompleksi XIX əsrə aid mənbələrdən belə aydın olur ki, o dövrdə Zaqatalada Qıpçaqçay adlı bir çay olub. Eyni adlı çay və qıpçaqların

adını daşıyan bir kənd Qərbi Azərbaycanın Gümrü vilayətində də qeydə alınıb. (Гейбуллаев Г ., 1991, s. 82).

Qıpçaqlar Gürcüstanın toponomikaslnda və əfsanələrində də öz adlarını əbədi həkk etdirmişlər (Анчабадзе, 1980, s. 243-244). Q. Qeybullayev cujan, qul, tuğ, qaranörk, anca və s. kimi bir çox qıpçaq soyunun adını çəkərək, Günüy Qafqazda bir çox toponimin məhz həmin soyların adından yarandığını göstərir. Bu sırada Kədəbəydəki Cujanlı, Azərbaycan, Dağıstan və Gürcüstanda yayğın olan Qullar, Qarabağdakı Tuğ, Cəlilabaddakı İncilli kəndlərini qeyd etmək olar (Гейбуллаев Г., 1976; Гейбуллаев

Г ., 1991, s. 389-391).

Q. Əlişan, R. Açaryan və E. Xurşudyan epiqrafik abidələrin oxunuşu sayəsində gəldikləri nəticəyə görə, Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsində yerləşən, XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan bir kəndin əski adı “Xpçax” (Qıpçaq) olub. Oradakı XII əsrdə tikildiyi söylənilən qədim kilsə və monastr da Xpçaxvəng adını daşıyıb (Гаркавец A., 2002, s. 5).

Elmi ədəbiyyatda qıpçaqların Güney Qafqazda və o cümlədən Azərbaycanda ilk dəfə XI-XII əsrlərdə peyda olmaları barədə fikir üzərində daha çox durulur. Hesab edilir ki, həmin dövrdə “Azərbaycan ərazisinə cənub – şərqdən Səlcuqli türklərinin, şimaldan isə Avropada “kuman”, “kun” , Şərqdə “qıpçaq” adlandırılan çox sayda türk – qıpçaq tayfalarının simasında köçəri türkdilli tayfaların axını baş vermişdir” (Очерки Истории СССР, 1958, s. 200). Eyni zamanda, Kiyev Rusunun güclənməsi ilə zəlil vəziyyətə düşən 40 min qıpçaq ailəsinin IV Qurucu David tərəfindən Güney Qafqaza köçürülməsindən söz açılır. (Лордкипанидзе, 1974, s. 97).

Bununla belə, əski gürcü mənbələrində bugünkü Gürcüstanın böyük hissəsi, daha dəqiq desək, Yuxarı Arran “Didi Türkoba” (Böyük Türk obası) adlandırılmaqdadır. Bu barədə V. Qukasyan belə deyir:

“ Təsadüfi deyi ki, o dövrdə (Xl əsrdə) Gürcüstan gürcü tarixçilərinə iki ad altında məlum idi: Kartveloba (hərfi mənada Gürcü obası) və Didi Türkoba (Böyük Türk obası). Bütün Qərbi və Şərqi Gürcüstan Didi Türkobaya daxil idi” (Гукасян B., 1980, s. 25).

Mənbələr Didi Türkobanın əhalisinin qıpçaq olduğunu göstərməkdədir. Çağdaş gürcü tarixçiləri bu xalqın guya Gürcüstan ərazisinə gəlmə olduqlarını sübut etməyə çalışırlar. Mənbələr isə sözügedən ərazilrin ən əski çağlardan türklər ölkəsi olduğunu təsdiqləməkdədir. Əski gürcü mənbələri onların dilini “xazaruli”, yəni xəzər dili adlandırmaqda idi (Картлис Цховреба, 1955, s. 16).

A. Krımski yazır ki, Tamaranın sarayında türk dili heç də istisna deyildi. “Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə… başqa türklər – poloveslər, yəni qıpçaqlar idi.

Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında irsi idi, şəxsi türk qvardiyası çarı təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi” (Крымский A., 1981, s. 72-73).

Yuxarıdakı sitatdan göründüyü kimi, A. Krımski həmin dövrdə, əvvəllər olduğu kimi, Tiflisin Azərbaycanın Arran vilayətinin tərkibində olduğunu qeyd etməyi unutmuş və qıpçaqların guya bu ərazilərə sadəcə XI-XII əsrlərdə gəldiyini iddia etmişdir. Əlbəttə ki, bu iddia həqiqəti əks etdirmir, çünki əski Aşşur mənbələri (e.ə. XIII-XII əsrlər) qıpçaq-kumanlardan Ön Asiya və Qafqazın, o cümlədən Azərbaycan ərazisinin ən qədim sakinlərindən biri kimi söz açmaqdadır.

Aşşurlara aid mixi yazılarda (e.ə.Xlll-Xll) “kumen” (kuman) etnonimi ilə yanaşı “ku” tayfasının da adı çəkilməkdədir (Azərbaycan tarixi, 1994, s. 83). “Ku” etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır (Гумилев, 2002, s. 26-27). İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi “ku” ad lanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir.

Tədqiqatçının yazdığına görə, Sayan – Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Bəxtiyar tuncay,

Şahlar Hacıyev.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …