Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Yusif Pircanini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı fəal Yusif Pircanini həbs edərək, Xoydakı zindana salıb.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, Yusif Pircani dekabrın 22-də İran rejiminin Xoy şəhərindəki İnqilab Məhkəməsinin qərarların icrası bölməsinə müraciə etdikdən sonra yaxalanıb və Xoy şəhərindəki rejimin zindanına köçürülüb.

Qeyd edək ki, Yusif Pircani iyul ayının 24-də Xoy şəhərində  rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq təcridxana aparılıb və 15 gündən sonra ağır girov qarşılığında zaminə buraxılmışdı.

Pircani “Hökumətə qarşı təbliğat” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal iyulun 24-də Təbriz başda olmaqla bir sıra Güney Azərbaycan şəhərində əl-Əhvaz etirazların dəstək mitinqinin keçirilməsi ilə bağlı yaxalanmışdı.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …