
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İran İslam Respublikasında yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının yeri və vəziyyəti ilə bağlı davam edən qeyri-müəyyənliyə, eləcə də beynəlxalq yoxlamaların qarşısının alınmasına diqqət çəkərək xəbərdarlıq edib. Qrossi bildirib ki, bu vəziyyət uzunmüddətli ola bilməz və rejimin beynəlxalq öhdəliklərə dair cavabdehlikdən yayınması ciddi narahatlıq doğurur.
AEBA-nın baş direktoru Rafael Qrossi deyib ki, agentlik İranın zənginləşdirilmiş uran ehtiyatlarının və bombalkanmış nüvə obyektlərinin indiki durumu ilə bağlı hələ də məlumat əldə edə bilməyib. Qrossi xəbərdarlıq edib ki, bu vəziyyət davam edərsə, Tehran rəsmən NPT-yə (Nüvə silahlarının yayılmaması sazişi) əməl etməməkdə ittiham oluna bilər.
BAEA rəhbəri İranın yüksək zənginləşmə səviyyəsinə malik uran ehtiyatlarının taleyinin naməlum qalmasına toxunaraq deyib:
“Bu vəziyyət sonsuza qədər davam edə bilməz. Çünki sonda elə bir məqam gələ bilər ki, bu materialların harada olduğunu bilmədiyimi deməyə məcbur qalım.”
Qrossinin bu açıqlaması İranın nüvə proqramı ətrafında şəffaflığın olmaması, beynəlxalq nəzarət mexanizmlərinin iflic vəziyyətə salınması və mümkün risklərin artması ilə bağlı narahatlıqları bir daha gündəmə gətirir.
Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Qrossi bildirib ki, AEBA iyunda hücumlara məruz qalmayan İranın elan edilmiş 13 nüvə obyektini yoxlayıb. Agentliyin müfəttişlərinə Fordo, Nətənz və İsfahan nüvə mərkəzlərinə giriş icazəsi verilməyib.
İran bu obyektlərin durumu və xüsusilə 60 faizə qədər zənginləşdirilmiş 440,9 kiloqram uran ehtiyatının taleyi barədə AEBA-ya hesabat təqdim etməlidir.
“Bu vəziyyət sonsuza qədər davam edə bilməz. Bir nöqtədə deməliyəm ki, bu materialların harada olduğunu bilmirəm”, – deyə, Qrossi vurğulayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi