Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimi Qaşqay türkünü etirazlarda güllələdi

GADTB: İranda davam edən etiraz aksiyaları zamanı daha bir gəncin həlak olduğu bildirilir. Tehran Universitetinin italyan dili ixtisası üzrə tələbəsi Rəha (Zəhra) Bəhlulipur İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüb.

Məlumata görə, Qaşqay türklərindən olan Rəha Bəhlulipur yanvarın 9-da birbaşa hədəfə alınıb. Açılan atəş nəticəsində güllə onun ağciyərinə dəyib və öyrənci aldığı ağır xəsarətlərdən həyatını itirib.

21 dekabr 2002-ci il təvəllüdlü Rəha Bəhlulipur dörd nəfərlik ailənin ikinci övladı olub. Onun yaxınları bildirir ki, öldürülməzdən az öncə sosial mediada paylaşdığı qısa mesajda “əbədi azadlıq” arzusunu ifadə edib. Məlumata əsasən, Rəhanın dəfn mərasimi onun doğulduğu Firuzabad şəhərində keçirilib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …