
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ABŞ və İranın razılaşmaq istədiyini bildirib.
“Bu, o demək deyil ki, razılığa gəlmək asan olacaq, təbii ki, hər iki tərəfin razılaşma istəməsi çox böyük üstünlükdür. Stiven Uitkofla danışanda ABŞ prezidentinin razılığa gəlmək istdiyini hissi etdim”, – deyə, Qrossi vurğulayıb.
O, İran prezidenti və XİN rəhbəri ilə danışanda onların da belə bir istəyi olduğunu anladığını qeyd edib. Qrossi hər iki tərəfi dəstəkləməyin vacib olduğunu deyib.