Şənbə , Noyabr 7 2026
azfa

Quşçay şəhərində “Cığatı” çayının qurudulub, yatağın ağacları kəsilir

GADTB: Bu il minilliklərdir axan Cığatı çayı yaz fəslinin sonlarından etibarən Quşçay şəhərinin aşağı axın hissəsində tamamilə quruyub. Şəhər idarəetmə orqanları – o cümlədən bələdiyyə, rayon icra hakimiyyəti və Su təsərrüfatı idarəsi – “çay yatağının təmizlənməsi və abadlaşdırılması” adı altında birgə fəaliyyət göstərərək əslində çayın təbii ekosistemini, xüsusilə də onilliklər boyu formalaşmış yaşıllığı və ağac örtüyünü məhv etməyə başlayıblar.

Məlumata görə, aparılan “təmizlik işləri” nəticəsində çay boyunca yerləşən bütün kiçik yarımadalar ləğv edilib, həmin ərazilərdəki ağaclar isə tamamilə kəsilib. Sosial şəbəkələrdə yayılan video materiallarda bu hal açıq şəkildə görünür.

Şəhər sakinlərinin sözlərinə görə, Quşçay bələdiyyəsi son 5 il ərzində bir dənə də olsun ağac əkilməsini təmin etməyib və şəhərdə həyata keçirilən ağac kəsimlərinə də münasibət bildirməyərək susqunluq nümayiş etdirib.

https://t.me/GADTB1/46135

Həmçinin yoxlayın

İran uzun müddətdən sonra nüvə proqramının məhdudlaşdırılması planını nəzərdən keçirir

GADTB: ABŞ rəsmisi və danışıqlardan xəbərdar olan bir diplomat “The Times of Israel” qəzetinə bildiriblər …

Telegraph: Müctəba Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam …