Çərşənbə , Avqust 12 2026
azfa

Quzey Azərbaycanın məşhurlarından Güneyə dəstək: “Səni deyirlər”ə oynadılar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Azərbaycanın məşhurları “Səni deyirlər”ə oynamaqla Güney Azərbaycana dəstək verdilər.

“Səni deyirlər” kampanyasına Azərbaycanın tanınmış sənətçi xanımları da qoşulub. Müğənnilər Günay İbrahimli, Səidə Sultan, aparıcılar Çinarə Əliyeva, Firəngiz Cəlilova, aktrisalar Nərgiz Əliyeva, Zümrüd Qasımova və rəqqasə Rəna Ağamuradovanı (Renka) bir araya gətirərək “Səni deyirlər” layihəsini təşkil edib.

Həmin tanınmış azərbaycanlı sənətçilər müğənni Atabəy Əlizadənin “Səni deyirlər-məni deyirlər” mahnısının sədaları altında oynayıblar.

Məşhurlar rəqs məkanı kimi gül salonunu, gözəllik salonunu, küçəni və ya sadəcə avtomobili seçiblər.

Həmçinin yoxlayın

Təqaüdçülər Güney Azərbaycan şəhərlərində etiraz aksyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan və Təbriz şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri ənənəvi həftəlik etiraz aksiyası …

ABŞ və İranın 60 günlük atəşkəsin uzadılmasına razılaşdığı bildirilir

GADTB: Bu gün ABŞ və İranın 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəldiyi bildirilib. Bununla …

Bir cavab yazın