Şənbə , İyul 20 2024
azfa

Rəisi Nyu-Yorkda Ermənistanın baş naziri ilə görüşüb

GADTB: İbrahim Rəisi dünən Nyu-Yorka səfərinin dördüncü günündə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında problemlərin həlli yolunu danışıqlar və dialoq olduğunu deyib: “Şanxay Sammitində vurğuladığım kimi, region heç bir yeni müharibəyə tab gətirə bilməz”.

İran prezidentinin rəsmi saytı xəbər verir ki, erməni həmkarı ilə görüşdə o, habelə qeyd edib ki, İran İslam Respublikası ikitərəfli və beynəlxalq sərhədlərin qorunmasına, ölkələrin suverenliyinə hörmətlə yanaşılmasına və regionun siyasi coğrafiyasında hər hansı dəyişikliyin qarşısının alınmasına xüsusi diqqət yetirir.

İran və Ermənistanın ümumi sərhədlərini tarixi sərhədlər hesab edən Rəisi əlavə edib: “Siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün bu mühüm və strateji sərhədləri qorumaq lazımdır”.

Görüşdə Ermənistanın baş naziri də bildirib ki, biz bütün torpaqlarımızı və ərazilərimizi qoruyuruq və İranla Ermənistanı bir-birindən ayırmağa yönəlmiş istənilən təxribatın qarşısında dayanacağıq”.

Paşinyan, həmçinin İranın Ermənistanın ərazi bütövlüyünün qorunmasına dəstək verən aydın və birmənalı mövqeyini yüksək qiymətləndirib./ Azad İran

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …