Rəisi və Paşinyan regional kommunikasiya xətlərinin açılmasını müzakirə ediblər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Onlar ikitərəfli və regional gündəliyin bir sıra mühüm məsələlərini nəzərdən keçiriblər.

“Farsnews” xəbər verir ki, tərəflər xüsusilə regional kommunikasiyaların açılması, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müəyyən edilməsinə başlanması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması perspektivlərini müzakirə ediblər.

Paşinyan habelə mayın 22-də Brüsseldə keçirilən son üçtərəfli görüşlə bağlı fikirlərini də Rəisi ilə bölüşüb.

İran prezidenti İbrahim Rəisi erməni həmkarı Vaaqn Xaçatryanın telefon zənginə cavab olaraq, davam edən məsləhətləşmələri iki ölkə arasında dostluq münasibətlərinin əhəmiyyətinin və dərinliyinin əlaməti kimi qiymətləndirib: “İran Ermənistanı dost və özünə yaxın bir ölkə olaraq görür və bu ölkə ilə qonşuluğa önəm verir”.

Ölkələrin ərazi bütövlüyü və suverenlik hüququnun qorunmasının vacibliyini İranın prinsipial siyasəti olduğunu iddia edən Rəisi daha sonra bildirib: “Bölgənin geosiyasətinin, o cümlədən beynəlxalq sərhədlərin qorunub saxlanılması, ölkələrin milli suverenliyinə hörmət və regionlararası kommunikasiya infrastrukturunun möhkəmləndirilməsi İran İslam Cümhuriyyəti tərəfindən prinsipial siyasət kimi vurğulanır və qiymətləndirilir”.

İran və Azərbaycan arasında sülh danışıqlarının irəliləməsini dəstəklədiyini iddia edən İran prezidenti sonda əlavə edib: “Bununla bağlı geridə qalan məsələlərin beynəlxalq hüquq çərçivəsində, sülh şəraitində və hər iki ölkənin suverenlik hüququna, habelə ərazi bütövlüyünə hörmətlə, eyni zamanda bütün Qafqaz xalqlarının hüquq və təhlükəsizliyinə diqqət yetirilərək həll olunacağına ümid edirik”.

Xatırladaq ki, İran rejimi Azərbaycanın Qarabağı düşmən işğalından azad etməsini həzm edə bilmir. Buna görə də, tez-tez guya terrorçu qruplaşmaların İran-Azərbaycan sərhədinə gətirilməsi ilə bağlı absurd fikirlər səsləndirir. Beynəlxalq qanunlardan dəm vuran İbrahim Rəisinin nəzərinə çatdırmaq lazımdır ki, Qarabağ elə beynəlxalq qanunlar çərçivəsində Azərbaycan torpağı sayılır və İranın “dost və qardaş” adlandırdığı Ermənistanın işğalından artıq azad edilib.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …